Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı politoloq kasetli bombaların tətbiqinə görə Ermənistanı qınadı
Amerikalı politoloq kasetli bombaların tətbiqinə görə Ermənistanı qınadı

Oktyabrın 28-dən etibarən Ermənistan silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilib.Nəticədə çoxluu sayda insan tələfatı var. Azərbaycanın digər rayonları da erməilər tərəfindən atılan kasetli bombaların hücumuna məruz qalır. Ermənistan kasetli bombalardan istifadə ilə bağlı konvensiyalara qoşulmayıb.

Biz isə o konvensiyaya imza atmışıq. Ona görə də, bu gün Ermənistana adekvat cavab verə bilmirik. Ermənistan son vaxtlar istifadə etdiyi taktik raket komplekslərində və reaktiv yaylım atəş sistemlərindən atdığı reaktiv mərmilərdə kasetli bombalardan istifadə edir. Kasetli bombalar həmin mərmilərin döyüş başlığı hissəsinə bağlanır. Kasetli bombalardan istifadə zamanı insan itkisinin sayı döyüş başlığına görə dəyişə bilər. Mərmi var ki, onun döyüş başlığı 500 kiloqramdır. Bu bombaların dağıdıcılıq qüvvəsi düşəcəyi əraziyə görə dəyişir. Mülkü obyektlərə düşdükdə 1 hektara qədər ərazini tamamilə dağıdır

Amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys erməni vəhşiliyinə laqeyd qalmayaraq belə deyib:

“Ermənistan Bərdəyə “Smerç” raketləri atdı. Beynəlxalq ictimaiyyət insanlığa qarşı edilən bu dəhşətli cinayətlərə reaksiya verməlidir. Bərdədə xəstəxananın yaxınlığında yaşayış sahəsindəki partlayışlar Ermənistan tərəfindən törədilən insanlığa qarşı dəhşətli cinayətdir. Kassetli bombalardan istifadə hər bir halda beynəlxalq humanitar hüquqla qadağandır. Azərbaycanın dinc əhalisi dəhşətli acılar və faciəvi itkilər yaşayır. Bərdəyə edilən raket hücumları nəticəsində 21 nəfər həlak olub, təxminən 70 nəfər yaralanıb. Hardadır Vaşinqton, Paris, London, Berlin? Niyə həmişə susurlar? Vaşinqton, Berlin və Brüssel susqunluqları ilə Cənubi Qafqazdakı regional silahlı qarşıdurmanı böhrandan faciəyə çevrir. Ermənistan rejimi humanitar məqsədlər üçün elan olunmuş atəşkəsi dəfələrlə pozub və Avropa İttifaqı rəhbərliyinin buna hələ də susması məni şoka salıb. Nə qədər gec deyil, erməni terrorizminin qarşısı alınmalıdır”, – o bildirib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət həmçinin Ermənistanın Balkan və bəzi Şərqi Avropa ölkələrindən aldığı siyasi dəstəyi və logistik əməkdaşlığı da qınamalıdır"

Bərdə və Gəncədə müharibə cinayətləri Smerç raket qurğuları tərəfindən atəşlə törədilib.

Smerç nədir?

Çoxfunksiyalılığı, manevrliyi, yüksək etibarlığı, dəqiqliyi və gücüdür. Altı ədəd Smerçdən ibarət bir briqananın açdığı yaylım atəşi ilə bir diviziyanın hərəkətini dayandırmaq və ya kiçik bir şəhəri tam məhv etmək mümkündür. Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımdır. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən (90 km, optimal 70 km) atəş zamanı verilmiş nişandan meyillənməsi 150 m həddindədir.

Ermənistanda üç adda taktik raket kompleksi var. Bunalardan ən tanınmışı "İsgəndər"dir. "İsgəndər" 50 kilometrdən 500 km-dək hədəflər üçün nəzərdə tutulub. "Elbrus" raketi isə NATO standartlarında SCAD adlanır. Bu raket kompleksinin ən uzaq vuracağı hədəf 150 kilometrdir. Ən sonuncusu isə "Toçka-U" raket kompleksidir. "Toçka-U" raket kompleksinin hədəfi məhv etmək imkanı 70 kilometrədəkdir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »