Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
Araik Aratunyan

Qondarma rejimin "prezidenti" Araik Arutunyanın dünən erməni ictimaiyyətinə müraciət edərək, azərbaycanlıların Şuşanın 5 kilometrliyində olması barədə bəyanatı cəmiyyətdə bomba effekti yaradıb.

Bu günə qədər döyüşlərdə qələbə çaldıqlarını düşünən ermənilər azərbaycanlıların digər yerləri almayıblarsa, Şuşaya necə gəlib çatdıqlarını sorğulayıblar. Ortaya yeni xəritə qoyub hakimiyyətdən izahat tələb edirlər. Qubadlını itirdiklərini etiraf edən Ermənistan Müdafiə Naziri Hadrutun azad edilməsi barədə danışmamışdı.

Araik Arutyunyan bütün həmvətənlərini birləşərək Şuşanı müdafiə etməyə çağırıb. Əslində bu bəyanat ondan xəbər verir ki, Qarabağda döyüş qabiliyyəti olan, nizami ordu hissələrinin sayı kəskin azalıb. Qarabağ separatçılarının son ümidi könüllü dəstələrinə qalıb ki, onlar da Qarabağa ölməyə getməyə həvəsli deyillər.

Artıq ermənilər də anlayıb ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil və köhnə "Niva"lara doluşmuş intizamsız, vəhşi Ermənistan dəstələri azərbaycanlıları vətəb savaşından çəkindirməyəcək. Qarabağda onları XXI əsrin yeni müharibə qanunlarını yazmış Azərbaycan ordusu gözləyir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə bilmir, illərdir erməni əhalisində güclü ordu barədə yaradılmış mif dağılır. Artıq 10 minə yaxınlaşan əsgər meyitini sahiblərinə təhvil vermək təhlükəsini gözə alan Paşinyan müharibənin uzanmağında ən maraqlı şəxsdir. Paşinyan böyük cəhdlə ABŞ-da seçkilərin başa çatması və Baydenin seçilməsinə qədər dözmək istəyir. Çünki Baydenin gəlişi ilə özünə böyük dəstək gözləyir.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »