Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Amnesty İnternational” Ermənistanın Bərdəyə kasetli bomba atdığını rəsmən təsdiqlədi
“Amnesty İnternational” Ermənistanın Bərdəyə kasetli bomba atdığını rəsmən təsdiqlədi

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Ermənistanın Bərdəyə hücumu zamanı kasset bombalı raketlərdən istifadə etdiyini təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, “Amnesty İnternational”ın yaydığı bəyanatda bu barədə bildirilir. Təşkilat xatırladır ki, oktyabrın 28-də günorta saat 13.30 radələrində Bərdəyə bir neçə “Smerç” raketi atılıb. Nəticədə böyuk bir yaşayış ərazisi dağıdılıb.

“Azərbaycanın Baş Prokurorluğu bu hücum nəticəsində azı 21 nəfərin öldüyünü, daha 70 nəfərin yaralandığını açıqlayıb.

Təşkilatın bəyanatında qeyd olunur ki, “Amnesty İnternational”ın böhranın nizamlanması məsələləri üzrə ekspertləri Bərdədə çəkilmiş fotoları incələyiblər. Həmin fotoları “Vice News”un müxbirləri çəkib. Ekspertlər fotoşəkillər əsasında Bərdəyə atılan Rusiya istehsalı 9M55 Smerç raketindən saçılan 9N235 kasset bombalarının fraqmentlərini, onların Ermənistan silahlı qüvvələri tərəfindən atıldığını təsdiqləyiblər.

“Kasset bombalarının yaşayış ərazilərinə atılması qəddar və məsuliyyətsiz hərəkətdir. Bu, insanların ağlasığımaz həddə ölümünə, xəsarət və iztirablarına gətirib çıxarır”, - “Amnesty International”ın Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari Struzers belə deyib.

Təşkilatın nümayəndəsi bildirir ki, kasset bombalarından istifadə beynəlxalq qanunlarla qadağandır. Dünyanın 100-dən çox ölkəsi kasset bombalarından istifadəni qadağan edən müqaviləyə qoşulub.

“Amnesty İnternational” Azərbaycan və Ermənistanı da bu müqaviləyə qoşulmağa çağırır.

Azərbaycan rəhbərliyi bəyan edib ki, bizim silahlı qüvvələrimiz yalnız hərbi hədəfləri vurur.

Kassetli partlayıcılar böyük bir əraziyə yüzlərlə kiçik bombalar səpələyir və böyük dağıntılara, tələfata səbəb olur.

Son xəbərlər
Bütün xəbərlər »