Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə koronavirusla bağlı son vəziyyət
Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 72 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən belə bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 134 416 şübhəli koronavirus testindən keçib, onlardan 2319-nun cavabı pozitiv çıxıb, 1581 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 1916 nəfər olub.

Türkiyədə ümumilikdə 370 832 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 10 099 nəfər ölüb.

Son xəbərlər
Bütün xəbərlər »