Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto

Pilotsuz uçuş aparatları ilə bütün dünyada məşhur olan Selçuk Bayraktar bu istiqamətdə dayanmaq fikrində deyil. O, həmişə yeniliklər haqqında düşünür.

Bizimyol.info xəbər verir ki, Bayraktar Kanadanın silah qadağasına özünəməxsus şəkildə cavab verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni yeni dronlarını sınaqdan keçirib. Sınaq uğurlu alınıb. Bayraktar bununla bağlı “Twitter” hesabında paylaşım edib. O, “Bayraktar TB2” dronlarının sınağını Türkiyə cümhuriyyətinin elanının 97-ci ildönümünə həsr etdiyini yazıb. Bayraktar hamını bayram münasibətilə təbrik edib. “Baykar”ın texniki meneceri “səmalarımızda azadıq” ifadəsini də işlədib.

Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto

Bayraktarın paylaşdığı fotolarda kamera sisteminin gizlədilməsi xüsusi diqqət çəkib. Amma ümumi mənzərə ortaya çox keyfiyyətli iş qoyulmasından danışılır.

Kanada “Bayraktar” nəslindən olan dronların Qarabağ döyüşlərində istifadəsinə görə qadağa qərarı vermişdi.

Son xəbərlər
Bütün xəbərlər »