Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zaxarova: “Səylərimizi həm milli formatda, həm də həmsədrlər çərçivəsində davam etdiririk”
Mariya Zaxarova

“Dağlıq Qarabağ münaqişəsi çərçivəsində dinc sakinlərin həlak olması Rusiyanı narahat edir”.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunu raket atəşinə tutması nəticəsində dinc sakinlərin həlak olmasını şərh edən Rusiya XİN-in rəsmisi Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin mürəkkəb olmasından təəssüfləndiyini bildirib: “Hərbi qarşıdurma davam edir. Bu şərtlərdə münaqişənin de-eskalasiyası və danışıqlar prosesinin başlanması məqsədi ilə enerjili səylərimizi həm milli formatda, həm də həmsədrlər çərçivəsində davam etdiririk. Münaqişə vaxtı hər iki tərəfdən dinc sakinlərin həlak olması bizi olduqca narahat edir. Biz əvvəlcədən atəşin dayandırılmasına və vəziyyətin siyasi diplomatik səthə keçməsinə çalışmışıq”.

M. Zaxarova sabah Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının həmsədrlərlə görüşəcəyini də xatırladıb.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »