Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılacaq
İlham Əliyev

Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar nəzdində əməliyyat qərargahları yaradılacaq.

APA-nın məlumatına görə, bu barədə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərman imzalayıb.

Fərmana əsasən, müvəqqəti komendantlıqların nəzdində aşağıdakı dövlət orqanlarının (qurumlarının) nümayəndələrinin daxil olduğu əməliyyat qərargahları yaradılacaq:

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti;

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi;

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi;

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik;

müvafiq yerli icra hakimiyyəti orqanları.

Həmçinin, fərmana əsasən, zərurət olduqda, əməliyyat qərargahlarının fəaliyyətinə yuxarıda nəzərdə tutulanlardan başqa, digər dövlət orqanlarının (qurumlarının) nümayəndələri cəlb oluna bilər.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »