Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“McDonald`s”, “Burger King” və “Papa John`s” Qarabağ paylaşımına görə boykot edilir - Foto
“McDonald`s”, “Burger King” və “Papa John`s” Qarabağ paylaşımına görə boykot edilir - Foto

Məşhurlar və sosial şəbəkə istifadəçiləri Qarabağ müharibəsinə aid dəstək paylaşımlarını sildiklərinə görə “McDonald`s”, “Burger King” və “Papa John`s” restoranlarını boykot edirlər.

Xatırladaq ki, bir müddət əvvəl “McDonald's”ın Azərbaycandakı rəsmi səhifəsi “Qarabağ Azərbaycandır” – deyə paylaşım etsə də erməni lobbisinin şikayətlərindən sonra postu silib. Paylaşımı sildikdən sonra açıqlama verən şirkət siyasətə qarışmadığını, əsas amallarının insanları qida ilə təmin etmək olduğunu bildirib.

Dəstək paylaşımları həmçinin digər fəstfud şəbəkələri “Burger King” və “Papa John`s”un da səhifələrində yer alıb, ancaq onlar da erməni lobbisinin şikayətindən sonra paylaşımları siliblər.

McDonald`s - Bakı

Bundan sonra tanınmış incəsənət xadimləri və sosial şəbəkə istifadəçiləri “McDonald`s”, “Burger King” və “Papa John`s restoranlarını boykot etməyə çağırıblar.

Bizimyol.info-nun əməkdaşları Bakıda yerləşən boykot edilən adıçəkilən fəstfud restoranları şəbəkəsində olub.

“McDonald`s”ın restoranında müştərilərə açıq hava şəraitində xidmət göstərilən yerdə əyləşib.

Əməkdaşımızın qara paltar geyinməsi, qara papaq taxması və çantalı olması ofsiantları terror təhlükəsilə bağlı şübhələndirib. Onlar gəlişimizlə bağlı mühafizəçiyə xəbər verdilər.

Mühafizəçi əyləşdiyim masaya yaxınlaşıb çantamızın içinə baxmaq istəyini bildirdi. Çantaya baxandan sonra üzrxahlıq edib masadan uzaqlaşdı. Əməkdaşımızın müşahidəsinə əsasən sosial şəbəkələrdəki çağırışın restorana mənfi təsirin olub.

Əvvəllər bir stəkan çay içmək üçün bu restoranda yer də tapmaq mümkün deyil. İndi isə restoranın həm içərsində, həm də həyətində olan bir neçə masada müştəri var idi.

Restoranın binasına Qarabağla bağlı afişalar yapışdırılmayıb, Azərbaycan dövlət bayrağı asılıb.

McDonald`s - Bakı

Əməkdaşımız “Papa John`s” restoranında da olub. Restoranın yalnız bir masasında müştəri var idi. Restoranın işçiləri bir-birilə söhbət edərkən sosial şəbəkələrdə onların boykot edilməsilə bağlı çağrışlarıdan narahat olduqlarını deyirdilər. O da bəlli oldu ki, restorana internet vasitəsilə sifariş vermək mümkün deyil.

Müşahidə etdik ki restoranın binasında “Qarabağ bizimdir” və “Əsgərlərimizə dəstək” afişaları yapışdırılıb.

Gənclik Mall-da yerləşən “Burger King” restoranı isə karantin rejimilə bağlı iri ticarət mərkəzinin fəaliyyətinin dayandırılması nəticəsində fəaliyyəti məhdudlaşdırılıb.

Ramid İbrahimov

McDonald`s - Bakı

Son xəbərlər
Bütün xəbərlər »