Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “KTMT Ermənistanın müharibə cinayətinin məsuliyyətini daşıyır”
Politoloq: “KTMT Ermənistanın müharibə cinayətinin məsuliyyətini daşıyır”

Cəbhə zonasısında əsgərlərimizlə mübarizə apara bilməyən mənfur ermənilər dinc əhalini raket atəşinə tutmaqda davam edir.

Son 1 ay ərzində Ermənistanın dinc əhaliyə qarşı terror qurbanlarının sayı 100 nəfərdən çoxdur və onlar arasında çoxlu sayda uşaq var.

Ermənistanın cəbhədən xeyli uzaqda yerləşən rayonlarımızı atəşə tutmasına baxmayaraq, ordumuz düşmənin yaşayış məntəqələrinə toxunmur.

1992-ci ildən Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Düşmən çalışır ki, ordumuz Ermənistan ərazisini vursun və bu müqaviləni imzalayan dövlətləri Azərbaycana qarşı qaldırsın.

Bəs görəsən bu təşkilat terrorçu Ermənistana qarşı niyə heç bir addım atmır?

Nəzakət Məmmədova Nəzakət Məmmədova

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən politoloq Nəzakət Məmmədova KTMT–nin hər bir üzvünün məsuliyyətini daşıdığını bildirib.

“KTMT buna göz yummamalıdır. Çünki, onun üzvü olan Ermənistan faktivi olaraq beynəlxalq hüququ pozmaqda davam edir.

Necə ki, KTMT–nın hər hansı üzvünə olan hücum təşkilatın bütün üzvlərinə olan hücum kimi dəyərləndirilir eləcə də, hər bir üzvünün məsuliyyətini təşkilat daşıyır. Təşkilat bunun qarşısını almalıdır. Lakin gördüyümüz kimi qarşısı alınmır və heç bir münasibət bildirilmir. Ədalətsizlik açıq aşkar ortadadır. Azərbaycan bununla bağlı Beynəlxalq Məhkəməyə müraciət edə bilər. Çünki, burada Beynəlxalq Hüquq qaydalarının kobudcasına pozulması faktı var. Terror təkcə o demək deyil ki, kimsə bədəninə partlayıcı bağlayıb gəlib kamikadzelik etsin. Bu dövlətin apardığı terror aktıdır.

Bu barədə ATƏT-ın Minsk qrupundan tutmuş,KTMT, MDB,BMT–yə və bütün beynəlxalq strukturlara rəsmi müraiət olunmalıdır”.

Politoloqun sözlərinə görə, Azərbaycanın düşmən tərəfindən şübhələndiyi əraziləri bombardman etməyə haqqı var.

“Eyni zamanda Azərbaycan atəş nöqtələrini susdurmalıdır. Ermənistanın ərazisi olsa belə raketlər hansı ərazidən atılırsa həmin təhlükənin mənbəyi müəyyən edilib zərərsizləşdirilməlidir. Hətta Azərbaycanın şübhələndiyi əraziləri belə bombardman etməyə haqqı var”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »