Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq

Nəhayət ermənilərin də içərisindən hazırki vəziyyəti düzgün analiz edə bilən şəxslər çıxır.

Bizimyol.info xəbər verir ki, Ermənistanın “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyan xalqına müraciət edərək, boş xülyalara qapılmamağa çaırıb.

Ter Nakalyanı qeyd edib ki, Azərbaycan Ordusunun ehtiyatları tükənməzdir və Azərbaycanın resurslarının tezliklə tükənəcəyini gözləmək absurddur.

“Bunun əbədi davam edəcəyinə dair ümidlərə qapılmayın. Biz bu həqiqəti anlamalıyıq ki, Rusiya Qarabağı bizim üçün qorumayacaq və itirdiyimiz əraziləri nəzarətimizə qaytarmayacaq, o, yalnız Ermənistan Respublikasını xilas edə bilər.Bütün istiqamətlərdə “ağrılı” geriçəkilmə yaşayırıq. Ermənistanın ciddi itkiləri var. Həm personal , həm də hərbi texnikamızın böyük hissəsi məhv olub. Biz Azərbaycanı yora bilmərik, onlar bizi yorub əldən salmaq yoluyla irəliləyirlər. Bizim ordumuz isə artıq taqətdən düşüb”,- deyə hərəkat rəhbəri vurğulayıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »