Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hikmət Hacıyev: “Ermənistan o qədər quduzlaşıb ki, diplomatlar Bərdə və Tərtərdə olduqda da ətraf məntəqələri bombalamağa davam edir”
Hikmət Hacıyev

“Tərtər şəhərində Ermənistan silahlı qüvvələrinin gün ərzində atdığı mərmilərin, mülki insanlara, yaşayış binalarına dəymiş zərərin bu gün bir daha şahidi olduq”.

APA-nın məlumatına görə, bunu bu gün Bərdədə keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan hərbi-siyasi rəhbərliyi o qədər quduzlaşıb ki, onlar diplomatik nümayəndəliklərin təmsilçiləri Bərdə və Tərtər şəhərlərində olduqda da ətraf məntəqələri bombalamağa davam edirlər: “Onların hər hansı məsuliyyət hissi qalmayıb. Gördüyümüz kimi, onların hədəfi mülki insanlardır. Bu, Ermənistanın Xocalı genosidindən başlayan və bu gün də davam edən mülki insanlara qarşı hərbi və müharibə cinayətlərinin, insanlıq əleyhinə cinayət əməllərinin tərkib hissəsidir”.

Paylaş »
››› Növbəti müharibənin əsas hədəfi Zəngəzurdur... – Ermənistan panikada
››› Eldar Namazov: "Azərbaycanda Türkiyənin hərbi bazası, Naxçıvanda birgə qoşunlar olacaq"
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Makronun Azərbaycana qarşı etmədiyi pislik qalmadı, sonuncu isə...
Son xəbərlər
Bütün xəbərlər »