Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman mətbuatı Ermənistan rəhbərliyini ifşa etdi
Paşinyan  -  Tunayan

Günlərdir törətdikləri vəhşilikləri utanmadan danan Şuşan Stepanyan tutarlı cavabını aldı.

Oktyabrın 28-də düşmənin Bərdəyə zərbə endirməsindən dərhal sonra Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan tvitter hesabında bunu danaraq, “cəfəngiyyat və yalan” olduğunu yazmışdı. Nüfuzlu Sueddeutsche Zeitung (SZ) nəşri isə əsl yalançının Ermənistan tərəfi olduğunu ifşa edib.

Qəzetin yazdığına görə, zərbə anında alman müxbirlər hadisə yerində olub və baş verənləri öz gözlərilə görüblər: “Ermənistan Müdafiə Nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu haqda deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözlərilə görüblər. Həmin vaxt Bərdə ətrafı ərazilər, o cümlədən, qonşu Tərtər şəhəri də artileriya atəşinə tutulurdu”.

“Sueddeutsche Zeitung”, həmçinin Bərdədə mülki əhalinin, qadın və uşaqların qətlə yetirilməsini qınayıb. Qeyd edilib ki, Ermənistan işğal etdiyi Dağlıq Qarabağda yaradılan qondarma qurumu heç özü də tanımır. Dağlıq Qarabağ və ətrafındakı 7 rayon beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınır.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistanın Bərdəyə raket hücumu nəticəsində 21 mülki şəxs həlak olub, 60-dan çox dinc sakin yaralanıb.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
Son xəbərlər
Bütün xəbərlər »