Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar

Rusiyalı siyasətçilərin Sorosa satılmış Yerevanı dəstəkləməyə başı qarışdığı bir zamanda, dünyanın bir çox ölkələrində, eləcə də Rusiyanın özündə erməni separatçıları yeni münaqişələrin, torpaq iddialarının toxumlarını səpirlər. Artıq sosial şəbəkələrdə DQR abriviaturasını xatırladan (Dağlıq Qarabağ Respublikası) KEP abreviaturası yayılmaqdadır. Yəni Krasnodar Erməni Respublikası.

Haylar artıq Soçidə, Krasnodarda, Rusiyanın ermənilərin sıx məskunlaşdığı cənub şəhərlərində müstəqillik dərdinə düşüblər. Onlar Rusiya Ermənilər İttifaqı Krasnodar vilayətinin Təhsil Departamentinə müraciət edərək, dərs kitablarına yerli ermənilər barədə məlumat salmağı tələb ediblər ki, bu da rusların xoşuna gəlməyib. Bu barədə Gradator.Ru. məlumat yayıb.Bu məsələ artıq həssas kubanlıları narahat etməyə başlayıb. Çünki, bu diyarda ermənilər yerli əhaliyə assimilyasiya olmayıblar. Yerli kubanlılar ermənilərin başqa millətlərə torpaq iddialarını görüb paralellər aparmağı və onlara qarşı etiraz səslərini qaldırmağı bacarıblar.

Onlar sosial şəbəkələrdə erməni katalikosu I Vazgenin “Ruslara qarşı xaç yürüşünə çıxmaq zamanıdır” fikrini paylaşaraq, əhalini oyandırmağa çalışırlar. (I Vazgenin bu çıxışı 12.06.1988-ci ildə ermənilər üçün səsləndirilib və yayılıb):

“Sirr deyil ki,bizim torpaqlarımızın hələ hamısı bizə məxsus deyil. Müntəzəm olaraq Kranodar və Stavropolda ermənilər rusların əlindən bizə məxsus torpaqları qoparırlar. Şimali Ermənistan vilayəti olan Armavirdə (ermənilər Rostov şəhərini belə adlandırırlar) torpaqlarımızın 80 faizi var , ağıllı olsaq, orada məskunlaşa bilərik. Narahatlığa əsas yoxdur, Moskvada yüksək postlarda bizi dəstəkləyən çoxlu vəzifəli şəxs var...”, - deyə Vazgenin müraciətində bildirilir.

Rusiyada erməni murdarlığını görən bəzi ağıllı vətəndaşlar Rusiyanın etdiklərinin bumeranq kimi özünə qaydıacağını qeyd edirlər.

Qeyd edək ki, əvvəllər də bi neçə dəfə Rusiyada yaşayan ermənilər "Krasnodar Erməni Respublikası" tələbi ilə aksiyalar keçiriblər.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »