Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənilər xəstədirlər, bu milləti sağaltmaq üçün əlimizdən gələni etməliyik” - Deputat
“Ermənilər xəstədirlər, bu milləti sağaltmaq üçün əlimizdən gələni etməliyik” - Deputat

30 il davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi sentyabr ayının 27-dən etibarən müharibə yolundan başqa məsələnin ədalətli həllinə dair bir yol qoymayıb.

Bu ilin 04, 11 və 17 oktyabr tarixlərində Gəncə şəhərinə raket atəşi nəticəsində 25 nəfərin həlak olması və 139 nəfərin yaralanması, 27-28 oktyabrda isə Bərdəyə raket atəşi nəticəsində 30-a yaxın şəxsin həlak olması, 80-dən çox insanın yaralanması, münaqişə zonasından tamamilə kənarda olan dinc əhalinin, uşaqların ölməsi faktlarını praktiki olaraq öz gözləri ilə görmək və bütün bu faktları öz səlahiyyətləri və mandatları çərçivəsində təmsil etdikləri dövlətlərə və beynəlxalq təşkilatlara çatdırılmasını təmin etmək məqsədilə hökumətimiz tərəfindən Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri üçün dərhal səfərlər təşkil olundu.

Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların fəaliyyətsizliyi, Ermənistanın işğalçılıq siyasətinin və hərbi cinayətlərinin qınanılmaması cəmiyyətdə təəssüf doğurur.

Fazil Mustafa Fazil Mustafa

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa Bizimyol.info-ya bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhalini hədəfə alır.

“Beynəlxalq təşkilatlardan bizin gözləntimiz yoxdur. Ermənistan işğal etdiyi ərazilərdə bu gün məğlub olurlar. Məğlub olduğuna görə də Ermənistan hərbi-siyasi rəhbərliyi dinc sakinləri hədəfə alır. Biz səbrlə müəyyən prosesləri keçməliyik. Əsas hədəfimiz işğal edilmiş əraziləri azad etməkdir. Bu, vəhşilikdir. Xocalıda törətdikləri soyqırımı indi Bərdədə, Gəncədə törədirlər. Biz də bunun cavabını döyüş meydanında ikiqat veririk. Qarabağın işğaldan azad edilməsilə erməni virusunun bu bölgədən təmizlənməsinə çalışacağıq. Erməni quldur dəstəsinin rəhbəri Andranik

Andranik mülki azərbaycanlıları bu vəhşiliklə qətlə yetirirdi. Ermənistanın baş naziri Paşinyan da eyni yolun yolçusudur. Ermənilər xəstədirlər. Bu, xəstə milləti sağaltmaq üçün əlimizdən gələni etməliyik”-,deyə F.Mustafa bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »