Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümidsiz halda uçurumun kənarında dayanmışıq - Paşinyana açıq məktub
Ümidsiz halda uçurumun kənarında dayanmışıq - Paşinyana açıq məktub

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müraciətlərin sayı artır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, Rusiyanın “Monarx” şirkətlər qrupunu baş direktoru, erməni əsilli biznesmendən Sergey Ambartsumyan N.Paşinyana açıq məktub ünvanlayıb.

Məktubda qeyd olunur ki, 2018-ci ildə xalqın inamını qazanaraq hakimiyyətə gələn nazir bu müddət ərzində qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilməyib və ölkəni bu gün çıxılmaz vəziyyətə gətirib çıxarıb:

“2018-ci ildə erməni xalqı sizə inanaraq daha ədalətli və perspektivli ölkədə yaşayacağı ümidi ilə ardınızca getdi. Amma siz özünüz də inkar etməzsiniz ki, biz indi daha da çıxılmaz vəziyyətdəyik, ümidsiz halda uçurumun kənarında dayanmışıq. Bu vəziyyətdə yeganə çıxış yolu sizin hakimiyyəti ölkəni bu cür böhrandan çıxara biləcək şəxsə təhvil verməkdir. Bu, dalandan yeganə çıxış yoludur”.

Son xəbərlər
Bütün xəbərlər »