Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şərəfsizlər, iradəmizi qırmağı bacarmayacaqsınız!
Şərəfsizlər, iradəmizi qırmağı bacarmayacaqsınız!

Bir aydır10 milyonluq xalq olaraq düşüncəmiz bir,ruhumuz birdir. Bir ürək olaraq çırpınırıq. Xalq prezidentə olan sevgisini, dəstəyini, qələbəmizə, ordumuza olan inamını sevinclə dilə gətirir, bunu dünyaya car çəkmək istəyir.

Belə insanlardan biri,Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Bizimyol.info izləyicisi Tural Qoca dünən Bərdədə baş verən hadisələr fonunda, 21 nəfərin, o cümlədən iki həmkarının həlak olmasından təsirlənərək ürək sözlərini dilə gətirib.

“Azərbaycanın iradəsini şərəfsiliklə qirmaq istəyən ölkələr! bacarmayacaqsınız!

Otuz illik Qarabağ həsrətinə son qoyduğumuz bir zamanda məğlub olan tərəf Ermənisatan şərəfsizliyə əl ataraq havadarları Rusiya və Fransanın verdiyi iriçaplı silahlarla yasayız məntəqələrimizi dəfələrlə atəşə tutub, dinc sakinlərimizi qətl etdilər. Bununla Azərbaycanın qırılmaz iradəsini qiracaqlarını düşündülər, amma hələ də anlaya bilmədilər ki, öz xalqını it sürüsü kimi qırdıran bütün təhqiramiz sözləri adında cəmləşdirən Paşinyandan fərqli olaraq Azərbaycan dövlətinin başında xalqının dovlətinin parlaq gələcəyini düşünən Ali Baş Komandan cənab İlham Əliyev kimi güclü siyasətçi var. Hər dəfə qarşılarında güclü Azərbaycan xalqını, güclü Azərbaycan ordusunu görən Erməni terrorçuları daha da quduzlaşıb dünən Bərdə şəhərini istifadəsi qadağan edilən raketlərlə atəşə tutaraq 21 nəfər dinc sakinimizin həlak olmasına və 70 nəfərdən çox insanın yaralanmasına səbəb oldular. Sərhəd tanımayan şərəfsizlər dəfələrlə təcili yardim əməkdaşlarını, yanğın söndürənləri, media əməkdaşlarını atəşə tutaraq cinayətlər törətmişlər. Dünən də cinayətlərinə davam edərək Fövqəladə Hallar Nazirliyinin bir əməkdaşını qətl etdilər, birini isə yaraladılar. Müasir silahlarla təhciz edilmis güclü Azərbaycan ordusunun cavabı gecikmədi. Terrorçu Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan ordusu qisasını dinc sakinlərdən deyil, döyüş bölgəsində Azərbaycana qarşı döyüşən hərbiçilərdən aldı və almağa davam edir. Müsəlmanların qətil edilməsinə səssiz qalan dünya birliyi hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqına qarşı törədilən terrora səsiz qaldı. Artıq bıçaq sümüyə dirənib, kim nə edir etsin Azərbaycan öz ərazi bütövlüyünü tam təmin edəcək və heç bir ölkə buna mane ola bilməyəcək.

Azərbaycan xalqı adından Qardaş Türkiyə, İsrail, və Pakistan dövlətlərinə sevgilərimizi , minnətdarlığımızı bildiririk. Gecə-gündüz xalqı üçün, dövləti üçün çalışan Ali Baş Komandan, cənab İlham Əliyevə, Azərbaycan Ordusuna, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərindən təşəkkür edirik. Xalq olaraq cənab Prezidentin arxasinda olduğumuzu bəyan edirik.

Bu gün hamı bir candır və Qarabağ Azərbaycandır!”

Tural Qoca Tural Qoca, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı
Son xəbərlər
Bütün xəbərlər »