Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama

ABŞ prezidentliyinə namizəd Co Bayden ölkə rəhbərliyinə müraciət edərək, Azərbaycan ordusunun Qarababağda irəliləyişinin qarşısını alimağa çağırıb.

Bizimyol.info xəbər verir ki, o həmçinin 907-ci düzəlişin tam icrasını təmin etməyə və Azərbaycana hərbi texnikanın satışlarını dayandırmağı tələb edib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-da president seçkiləri keçiriləcək. Buna görə də Tramp və onun rəqibi, Co Bayden arasındakı seçki marafonunda Azərbaycan- Ermənistan münaqişəsindən bol-bol istifadə edilir.

Tramp hakimiyyətdə olduğu 4 il ərzində Azərbaycana qarşı heç bir qərəz nümayiş etdirməyib. Tramp erməni soyqırımını tanımadı. Həm də Konqres erməni soyqırımını tanısa da, Tramp etiraz etdi. Qarabağ münaqişəsinə də Tramp daha çox neytrallıq nümayiş etdirir.

Donald Tramp Donald Tramp

Lakin bu günlərdə ermənilərin səsini almaq üçün onlar barəsində xoş sözlər səsləndirməkdədir.

Bayden Obamanın dövründə vitse-prezident olduğu vaxtlarda Azərbaycana qarşı heç bir reaksiya sərgiləməsə də, onun hakimiyyətə gəlişinin bizdən çox ermənilərə faydalı olacağını düşünməyə əsaslar var.

Bununla belə, namizədlik və prezidentlik arasında böyük fərq var. Çox güman, Bayden bu gün dediklərini prezident olacağı halda deməyəcək. Namizədlik dövründə erməniləri aldadan bəyanatlar ABŞ-da həmişə olub.

Digər tərəfdən bu açıqlamanın məhz bu gün Cenevrədə Minsk Qrupu çərçivəsində keçirilməsi gözlənilən XİN başçılarının görüşü ərəfəsində verilməsi də təsadüf deyil, Azərbaycana qarşı təzyiq cəhdirir. Bununla belə, belə açıqlamalar həm də problemin sülh yolu ilə həllini bir daha şübhə altına alır, Azərbaycanın doğru yolda olduğunu göstərir. Dünya işğalın bitməsində maraqlı deyil və buna dinc yolla nail olunmayacaq.

Son xəbərlər
Bütün xəbərlər »