Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda COVID-19-a yoluxanların sayı 8 milyonu ötüb
Koronavirus xəstələri

Ötən gün Hindistanda COVID-19 infeksiyasına 49 min 912 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 8 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 8 milyonu ötən ikinci ölkədir.

Pandemiyanın statistikasını aparan “Worldometers” saytı xəbər verir ki, Hindistanda ötən gün COVID-19 infeksiyası səbəbindən 509 ölüm qeydə alınıb. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 120 min 563-ə çatıb.

Ötən gün Hindistanın Qadın və Uşaqların İnkişafı naziri Smitri İraninin də virusa yoluxduğu təsdiqlənib. Nazir bu barədə sosial şəbəkədə məlumat verib və son günlər onun yaxın təmasda olan şəxslərin koronavirus testindən keçməsini xahiş edib. Oktyabrın 27-də isə Hindistanın Sosial Ədalət və Hüquqların Qorunması naziri A.Ramdasın də COVID-19-a yoluxduğu aşkarlanmışdı. Dehlinin təhsil naziri Manish Sosdia növbəti qərar verilənədək paytaxtdakı bütün məktəblərin pandemiya səbəbindən bağlı qalacağını açıqlayıb.

Qeyd edək ki, Hindistan hazırda yoluxanların ümumi sayına görə ABŞ-dan sonra ikinci, ölüm sayına görə isə ABŞ və Brazilayanın ardından 3-cü sıradadır.(azərtac)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »