Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: “ABŞ-da mətbuat azadlığı yoxdur”
Tramp: “ABŞ-da mətbuat azadlığı yoxdur”

ABŞ prezidenti Donald Tramp ölkə mətbuatını kəskin tənqid edib.

Bu barədə ABŞ lideri özünün tvitter hesabında yazıb.

“ABŞ-da mətbuat azadlığı yoxdur. Bizdə hadisələrə görməzdən gəlmək və ya feyk (uydurma - Red) xəbərlər var. Son iki həftə ərzində mediamızın nə qədər rüşvətxor olması barədə çox şey öyrəndik. Media və böyük texnoloji şirkətlər Baydenin korrupsianer olduğunu işıqlandırmır”.

Qeyd edək ki, Tramp dəfələrlə Amerika mediasını prezident seçkilərində rəqibi, demokrat Cozef Baydenin ailəsinin korrupsiya əməllərini ört-basdır etməyə çalışmaqda günahlandırıb.

Trampın sözlərinə görə, ABŞ-dakı media ölkədəki koronavirusla bağlı vəziyyəti həddən artıq aktiv şəkildə göstərir və digər hadisələrə daha az diqqət yetirir.(report)

Son xəbərlər
Bütün xəbərlər »