Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maksim Şevçenko: Rusiya münaqişəyə daxil olsa, Türkiyə ordusu ilə döyüşməli olacaq
Maksim Şevçenko

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalinin yaşadığı Bərdə şəhərinin atəşə tutulması hərbi cinayətdir.

Bunu rusiyalı siyasətçi, jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko “İnfo24” saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, İrəvan qəsdən mülki əhaliyə hücum edir ki, Qarabağdakı münaqişə Ermənistanla Azərbaycan arasındakı qarşıdurma çərçivəsindən kənara çıxsın. Bakı növbəti hücuma Dağlıq Qarabağın işğalçı qüvvələrdən tamamilə azad edilməsi ilə reaksiya verəcək.

“İşğal olunmuş ərazilərin tamamilə azad edilməsi və düşmənin silahlı qüvvələrinin qovulması-Azərbaycandan gələ biləcək ədalətli cavab məhz budur”, - deyə M.Şevçenko bildirib.

Jurnalist həmçinin Rusiya rəhbərliyinə Qarabağ münaqişəsinə müdaxilə etməməsi barədə xəbərdarlıq edib, bu halda bölgədəki bir çox ölkənin hərbi əməliyyatlara cəlb edilə biləcəyini söyləyib.

“Biz öz rəhbərliyimizdən Paşinyan rejiminə kömək etməklə hansı oyunlara cəlb olunacağının anlamını tələb etməliyik. Axı Rusiya münaqişəyə daxil olsa, NATO-nun ən güclü ordularından biri olan Türkiyə ordusu ilə döyüşməli olacaq”, - deyə M.Şevçenko bildirib.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »