Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın karikaturasına görə Türkiyə Fransaya nota verdi
Ərdoğanın karikaturasına görə Türkiyə Fransaya nota verdi

Parisdə tarix müəllimi Samuel Patinin ifadə azadlığı dərsində şagirdlərə Məhəmməd peyğəmbərin karikaturalarını göstərməsi böyük qalmaqalın əsasını qoydu.

Müəllim öldürüldü, Fransa prezidenti Emmanuel Makron hadisəni İslam separatizminə bağladı, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ifadədən çox qəzəbləndiyini bildirdi.

Rəcəb Tayyib Ərdoğan Rəcəb Tayyib Ərdoğan

Bunun ardınca Məhəmməd peyğəmbərə hörmətsizlik edən “Charlie Hebdo” dərgisi Ərdoğanın da katikaturasını çəkib.

Bizimyol.info xəbər verir ki, Türkiyə bu məsələyə görə Fransaya nota göndərib. Fransanın Ankaradakı səfirinin müşaviri Xarici İşlər Nazirliyinə çağırılıb. Onunla söhbətdə Ərdoğanın karikaturasının hazırlanması ciddi qınanılıb. Görüşdə erməni dairələrinin Türkiyə vətəndaşlarına təzyiqi də müzakirə olunub. Bütün narazılıq yaradan məqamlar müşavirin nəzərinə çatdırılıb.

Son xəbərlər
Bütün xəbərlər »