Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransız deputat Ermənistana qarşı çıxdı
Fransız deputat Ermənistana qarşı çıxdı

Fransa hökuməti Qarabağ məsələsində qeyri-obyektiv mövqe göstərir. Avropa dövlətinin prezidenti Emmanuel Makron açıq-aşkar Azərbaycan ordusunun irəliləməsinə qısqanclıqla yanaşır.

Bizimyol.info xəbər verir ki, ölkə başçısının bu mövqeyini Fransada bütün siyasətçilər bölüşmür. Deputat Jan-Lük Reitzer Ermənistanın işğalçı siyasətini dəstəkləmədiyini dilə gətirib. Uzun illər Altkirx şəhərinin meri olmuş millət vəkili ermənilərin Azərbaycan torpaqlarını güc yolu ilə ələ keçirdiyini bildirib. Reitzer deyib ki, Fransanın özünü münaqişədə tərəf kimi aparması çox yanlışdır.

Qarabağda sentyabrın 27-dən böyükmiqyaslı döyüşlər gedir. Azərbaycan ordusu indiyə qədər 4 şəhəri, 3 qəsəbəni, 178 kəndi işğaldan azad edib.

Son xəbərlər
Bütün xəbərlər »