Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"
Seyid Abbas Əraqçi: "Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik"

“Biz dinc əhaliyə olan hücumları qətiyyətlə pisləyirik. Bu, İran İslam Respublikasının təməl mövqeyidir”.

Bunu “Report”a İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçi Ermənistan ordusunun Bərdəyə raket hücumlarına münasibət bildirərkən deyib.

“Azərbaycan dövlətinin, xalqının, yaxınlarını itirən ailələrin kədərinə, acısına şərikik”, - deyən iranlı diplomatın fikrincə, bu faciəvi hadisələr göstərir ki, müharibəni dayandırmaq, dinc əhalinin öldürülməsinə son qoymaq üçün İran dövləti daha çox səy göstərməlidir:

“İran tərəfindən təqdim olunmuş plan müharibənin tezliklə başa çatması məsələsinə gerçək yanaşma nəticəsində hazırlanaraq beynəlxalq hüquq prinsiplərinə söykənir. Azərbaycanlı həmkarlarımızla müzakirə etdiyimiz bu plan onlar tərəfindən müsbət, konstruktiv şəkildə qarşılanıb. Digər tərəflər də eyni münasibət göstərsə, bu plan bəhrəsini verəcək”.

Son xəbərlər
Bütün xəbərlər »