Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə telefonla danışıb
Ceyhun Bayramov

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika bölgəsi üzrə dövlət naziri Vendi Morton ilə telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, C.Bayramov həmsöhbətinə Ermənistan silahlı qüvvələrinin üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq mülki Azərbaycan əhalisini qəsdən hədəfə aldığını bildirib. Ermənistanın münaqişə zonasından çox uzaqda yerləşən Bərdə şəhərinə raket hücumlarının müharibə və insanlığa qarşı cinayət olduğunu deyib.

Nazir Azərbaycanın dinc əhalisinə qarşı törədilən qəddar hücumlara görə bütün məsuliyyəti Ermənistan rəhbərliyinin daşıdığını vurğuladı.

V.Morton, öz növbəsində, mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə etdi və mülki şəxslərə qarşı hücumların yolverilməz olduğunu söyləyib. O, bölgədəki gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. (Report.az)

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »