Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ev külə döndü, Türkiyə bayrağı yanmadı - Foto
Ev külə döndü, Türkiyə bayrağı yanmadı - Foto

Türkiyənin Diyarbəkir şəhərində evi külə dönən vətəndaş yanğından sonra gördüklərinə görə ayrıca göz yaşı töküb. Həyat yoldaşını itirən Əli Gülpinar içəridə Türkiyə bayrağına heç bir zərər dəymədiyini görəndə hönkürtü ilə ağlayıb.

Bizimyol.info xəbər verir ki, hündürmərtəbəli binadakı mənzillərdən birində baş vermiş yanğında üç uşaq anası həyatını itirib. Gülay Gülpınar övladlarını xilas edə bilib, amma tüstüdən boğulub. Yanğın zamanı qadının həyat yoldaşı evdə olmayıb.

Ev külə döndü, Türkiyə bayrağı yanmadı

Əli Gülpınarın dediyinə görə, ona hadisə barədə qonşuları məlumat verib: “Zəng vurub söylədilər ki, deyəsən, yanan sizin mənzildir. Mal-mülk dərdi çəkmirəm. Kaş həyat yoldaşım ölməzdi. Ocağım söndü, deyəcək söz tapmıram”.

Türkiyə bayrağının salamat qalması Əli Gülpınara kiçik təsəlli olub. Qəribədir ki, otaqlardan birinin qapısının üzərinə atılan bayrağa heç bir zərər dəyməyib.

İlkin araşdırmalara görə, yanğına uşaqların alışqanla oynaması səbəb olub. Bələdiyyə başqanı Hüseyin Beyoğlu mənzili qaydasına salacaqlarına söz verib.

Son xəbərlər
Bütün xəbərlər »