Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı
Ərdoğandan qorxan Makron Rusiyanın ətəyindən yapışdı

Hər imkandaca Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid edən Fransanın dövlət başçısı Emmanuel Makron yeni müttəfiq axtarışındadır. O, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Makron şimal dövləti ilə əlaqələrin vacibliyindən danışıb. Onun sözlərinə görə, Moskva ilə qarşılıqlı etibar olmasa, Avropada sabitlik çətin görünür: “Təhlükəsizlik çox vacib məsələdir. Buna misal olaraq Belarusu və Dağlıq Qarabağı göstərmək olar”.

Emmanuel Makron Emmanuel Makron

Makronun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəməsi təsadüfi deyil. Türkiyə ilə münasibətlər çox gərginləşib. Hələ Yunanıstanla qarşıdurma zamanı Makron türklərin əleyhinə mövqe sərgiləmişdi. Qarabağ məsələsində də onu Ərdoğanla əks cəbhədə gördük. Parisdə İslam dəyərlərinin təhqir olunmasından sonra tarix müəlliminin qətlinə görə Fransa prezidenti Türkiyəyə eyhamla İslam separatizmindən danışmışdı. Halbuki qətli çeçen həyata keçirib. Makron açıq-aşkar özünə güclü müttəfiq tapmağa çalışır. Amma elə bir müttəfiq ki, Türkiyə ilə münasibətləri çox isti olmasın.

Son xəbərlər
Bütün xəbərlər »