Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə şəhid general Polad Həşimov adına parkın açılışı olub - Foto
Polad Həşimov

Bu gün Türkiyədə Azərbaycan Ordusnun generalı, şəhid Polad Həşimovun adı verilən parkın açılışı olub.

Bursa vilayətinin Osmanqazi bələdiyyəsindən APA-ya verilən məlumata görə, Osmanqazi Bələdiyyə Məclisi yeni salınan istirahət məkanına general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün onun adının verilməsi təklifini yekdilliklə qəbul edib.

Türkiyədə şəhid general Polad Həşimov adına parkın açılışı olub - Foto

Osmanqazi Bələdiyyə sədri Mustafa Dündar bildirib ki, şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, Azərbaycana mənəvi dəstəyin nümunəsidir.

M.Dündar Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən, Ermənistanın xain hücumlarına qarşı Azərbaycan Ordusunun əks hücumlarından danışaraq deyib ki, qardaş ölkənin qısa zamanda işğal altındakı bütün torpaqlarını azad edəcəyinə inanır.

Qeyd edək ki, Osmanqazi rayonun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni parkın açılışına bursalılarla yanaşı, Azərbaycanın Türkiyədəki Səfirliyinin nümayəndələri də qatılıb.

Ümumilikdə 2 min kvadratmetrlik parkda fitnes və idman avadanlıqları yerləşdirilib, yaşıllıq sahəsi, uşaq meydançası, idman meydançası, gəzinti yolları salınıb.

Onu da bildirək ki, bu gün Osmangazi Bələdiyyəsi 29 Oktyabr Türkiyə Cümhuriyyəti Bayramının 97-ci ildönümü münasibətilə bursalılara 97 min Türkiyə bayrağı paylayıb.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »