Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə səfiri: "Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır”
Erkan Özoral - Səfir

“Qazi Mustafa Kamal Atatürkün liderliyi ilə Qurtuluş Savaşında qazandığımız böyük qələbəni taclandıran cümhuriyyətin 97-ci il dönümünü böyük bir coşğu ilə qeyd edirik. 100 il əvvəl Qurtuluş Savaşında Anadoluya ən böyük yardım qardaş Azərbaycandan gəlmişdi”.

APA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, bu gün də Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük bir Qurtuluş Savaşı aparır.

“Dünyanın ən güclü ölkələrindən birinə çevrilən Türkiyə bu haqlı mübarizəsində can Azərbaycanın yanındadır. Hamımızın ürəyi Azərbaycanın torpaqlarını azad etməsi, qardaşlarımızın illər öncə tərk etmək məcburiyyətində qaldığı yurd-yuvalarına geri dönməsi üçün döyünür. Cümhuriyyəti bizə ərmağan edən Qazi Mustafa Kamal Atatürk və silahdaşları ilə Türkiyə və Azərbaycanın qurtuluşu, təhlükəsizliyi, rifahı və xoşbəxtliyi uğrunda həyatını fəda edən bütün şəhidlərimizi rəhmətlə anırıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - deyə səfir qeyd edib.

Paylaş »
››› "Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq, terminator kimi gəlirdilər" - Ermənistan əsgərindən etiraf
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Füzulidə minaya düşən avtomobildə 5 mülki şəxs həlak oldu
››› Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycanda olacaq”
››› Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı
Son xəbərlər
Bütün xəbərlər »