Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Regiona sülhdən öncə ədalət lazımdır”
“Regiona sülhdən öncə ədalət lazımdır”

Ermənistanın bəşəriyyətə qarşı cinayəti davam edir.

Bu gün Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərində törətdiyi soyqırımı aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Ümumilikdə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və kəndlərin, habelə mülki infrastrukturun artilleriya atəşinə məruz qoyulması nəticəsində 80 nəfərdən çox vətəndaş qətlə yetirilib, 330 nəfərdən çox mülki şəxsə xəsarət yetirilib.

Şəhla İsmayıl Şəhla İsmayıl

Gender mütəxəssisi, Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl Bizimyol.info-ya açıqlamasında bildirib ki, qeyri-hökumət təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı fəaliyyətlərini artırıblar.

QHT sədri deyib ki, o bəzi beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı birtərəfli mövqeyini əks etdirən bəyanatlarını pisləyir: “Regiona sülh gətirəcək təşəbbüsü mən də alqışlayıram. Amma sülhdən öncə biz ədalətə baxmalıyıq. Ədalət bərpa olunandan sonra sülhün də zamanı gələcək. Milli maraqlarda heç kim kənarda qalmamalıdır. Fərqli mövqedə olan insanların, QHT-lərin Qarabağla bağlı mövqeyi ədalətli olmalı, müharibə cinayətlərini pisləməlidirlər”.

Ekspert bildirib ki müxtəlif sahələrdə çalışan QHT-lər bir neçə koalisiyalarda cəmləşiblər: “Onlardan biri də mənim koordinatoru olduğum Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumudur. Forum olaraq mövqeyimiz odur ki Ermənistan hərbi-siyasi rəhbərliyinin təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin atəş altında saxlaması beynəlxalq qanunlara ziddir. Bu barədə bəyanatımız olub.

Biz beynəlxalq təşkilatlara mülki əhalinin hədəfə alınması ilə bağlı araşdırmalarında əlimizdən gələn köməyi etməyə hazırıq.

Onu da bildirim kk “Human Rights Watch” təşkilatının Ermənistanın lehinə verdiyi bəyanatı, birtərəfli mövqeyini qınayıram”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »