Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Putinlə Qarabağ söhbətini açdı: “Dedim qırmızı xətt keçilərsə atamızın oğlu da olsa gözümüz görməz...”
Ərdoğan Putinlə Qarabağ söhbətini açdı: “Dedim qırmızı xətt keçilərsə atamızın oğlu da olsa gözümüz görməz...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günkü çıxışı zamanı Qarabağda gedən müharibədən və rusiyalı həmkarı Vladimir Putinlə dünən axşamkı telefon danışıqlarından bəhs edib.

Ərdoğan bəyan edib ki, ATƏT Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil. Türkiyə prezidentinin sözlərinə görə, Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa münaqişəni həll etmək iqtidarında deyil, ya da bunu etmək istəmir:

"30 il ərzində onlar sadəcə yığışıblar, görüşüblər və dağılışıblar. Qarabağ münaqişəsi üçün konkret qərar vermək vaxtı çatıb, bu münaqişə birmənalı şəkildə başa çatmalıdır. Ən son dünən axşam Putinlə danışdıq. Son hadisələri ətraflı müzakirə etdik. Dedim ki, Qafqazdakı bu işə son verək. İstəyirsənsə, bu işi birlikdə həll edə bilərik. Siz Paşinyanla bunu müzakirə edin, mən də İlham qardaşımla. Amma bir şeyə qərar vermək lazımdır. Bu işi həll edəcəyik, yoxsa etməyəcəyik? Biz səmimiyik, mən sizin də səmimi olmağınıza inanıram. Ancaq qırmızı xəttimizi də dedim. Bu qırmızı xətt keçilərsə, üzrlü saysınlar, atamızın oğlu da olsa gözümüz görməz.

Bizə deyirlər ki, Suriyadan Azərbaycana silahlı göndərirsiniz. Mən də Putinə söylədim ki, hazırda kəşfiyyat vasitəsilə təsdiq etdiyimiz 2 min civarında PKK və YPG-lilər Ermənistandan aldıqları 600 dollar maaşla orada savaşırlar. Mənə deyir ki, onlardan xəbərim yoxdur. Elə mən də sizə xəbər edirəm, bu barədə dedim. Təbii ki, hörmətli Putinin PKK-ya üz verəcəyini düşünmürəm, ancaq Paşinyana bunu deməlidir. Əks təqdirdə lazım olanı edərik.

Azərbaycanlı qardaşlarım hazırda itirdikləri torpaqlarının ciddi qismini geri alıblar. İnşallah, ən qısa zamanda itirdikləri torpaqların tamamını geri alacaqlar və Azərbaycan türkləri yenidən torpaqlarına qayıdacaqlar. İnanıram ki, zəfər azərbaycanlı qardaşlarımındır. Rəbb yar və yardımçıları olsun! Buradakı mübarizədə hər an yanlarında olduq, yanlarında olmağa davam edəcəyik”.(virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »