Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağa dair Türkiyə-Rusiya formatı yarandı
Qarabağa dair Türkiyə-Rusiya formatı yarandı

Ərdoğan- Putin danışıqları və ya Ermənistan Azərbaycanın şərtlərini qəbul edəcəkmi?

“Prezident Ərdoğan və Prezident Putin arasında bir neçə dəqiqə əvvəl telefon danışığı baş tutub. Yəgin ki, danışığı təcili edən son bir neçə gündə Ermənistandakı rus hərbçilərinin Qafan, Mehri istiqamətlərində yerləşdirilməsi olub. Türkiyə və Rusiya prezidentlər səviyyəsində Qarabağ müzakirələrinə start verdilər. Bu, faktiki olaraq, Kreml tərəfindən 2+2 formatının qəbul edilməsidir. Rusiya başa düşür ki, Azərbaycana qarşı hərbi addımlar atarsa,qarşısında Türkiyəni görəcək. Laçın dəhlizini əldə etmək (koridor şərtiylə) vacibdir. Bundan sonra Paşinyanın şərtlərimizi qəbul etməkdən başqa yolu qalmayacaq”.

Zaur Məmmədov Zaur Məmmədov

Bu sözləri politoloq Zaur Məmmədov sosial şəbəkədə səhifəsindəki paylaşımda bildirib. Fikirlərini Bizimyol.info-ya şərh edən politoloq Zaur Məmmədov bildirib ki, yaxın vaxtlarda, hətta bu gündən etibarən Rusiya və Türkiyə xarici işlər, müdafiə və təhlükəsizlik xidmətləri Qarabağ məsələsi ilə bağlı texniki detalların müzakirəsinə başlayacaqlar: “Təhlükəsizlik xidmətlərinin iştirakı ona görədir ki, Azərbaycanın təhlükəsizliyindən söhbət gedir. Rusiya və Türkiyə Xarici İşlər Nazirləri Lavrov və Çavuşoğlu arasında uzun müddətdir ki, müxtəlif məsələlərlə bağlı Qarabağ müzakirələri davam etməkdə idi. Bu müzakirələrin Prezidentlər səviyyəsinə keçməyi ona dəlalət edir ki, məhz qərar qəbul edənlərin Qarabağı müzakirə etməsi onların ortaq məxrəcə gəlməsinə və ümumi dil tapmasına kömək edəcək. Burada Rusiya, xüsusilə, bilməlidir ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Azərbaycan ərazisində Ordumuz bu gün hərbi əməliyyatlar aparır. Ermənistan bir çox təxribatlar törədir. Azərbaycanın mülki əhalisinə, Azərbaycanın döyüş bölgəsindən uzaq olan şəhərlərinə hücum etməklə əslində Rusiyanı Türkiyə ilə, Rusiyanı Azərbaycanla qarşılaşdırmaq istəyir. Yaxşı olardı ki, Moskva müharibənin nəticəsini gözə alaraq, gələcək perspektivləri düşünərək, bu məsələdə balansı qorusun.

Soyuqqanlılıq nümayiş etdirsin və bundan sonra, təbii ki, bölgədə əmin amanlıq olar. Belə olduğu halda şimal- cənub, şərq-qərb istiqamətlərində Azərbaycan Rusiyanın da istədiyi bir çox layihələri gercəkləşdirə

bilər”.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »