Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
«İqtidar-müxalifət mübarizəsinə müharibədən sonra davam edərik»
«İqtidar-müxalifət mübarizəsinə müharibədən sonra davam edərik»

Müharibə başlayandan müxalif partiyaların iqtidara qarşı kəskin iddialarının dayandığının şahidi oluruq. Sanki hamı bir yumruq kimi birləşib. Maraqlıdır bu müvəqqəti xarakter daşıyır, yoxsa onlar iqtidarın siyasəti , İlham Əliyevin son bir ayda xalq arasında kəskin yüksəlmiş reytinqi ilə barışıblar?

Bizimyol.info olaraq partiya rəhbərləri arasında sorğu keçirdik.

Ümid Partiyasının sədri İqabal Ağazadə: “ Bu gün prezidentimiz sərkərdədir, mən də partiya rəhbəri yox əsgərəm. Biz hamımız əsgər olmalıyıq”.

Ədalət Partiyasının sədri İlyas İsmayılov: “Əlbəttə, prezidentimizin siyasətini dəstəkləyirik”.

Müsavat Partiyasının sədri Arif Hacılı: “Biz Azərbaycan hakimiyyətinin 27 sentyabrdan bəri apardığı hərbi,siyasi,diplomatik siyasəti düzgün siyasət hesab edirik. Bu siyasətin uğur qazanması üçün öz imkanlarımız çərçivəsində əlimizdən gələni edirik. Biz çalışırıq ki, indiki məqamda Azərbaycanda daxili, siyasi mübarizə olmasın. Hazırda mövcud olan vətəndaş birliyini çox yüksək qiymətləndiririk. Hesab edirik belə birliyin yaranmasında Müsavat partiyasının da mühüm rolu var. Biz hətda ünvanımıza səslənən haqsız iddihamlara da cavab vermirik ki, bu həmrəylik mühiti zədələnməsin”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı: “Müharibə başlayanda 50 partiya yığılıb dövlətin apardığı siyasəti dəstəklədiyi haqqında bəyanata qol çəkib. Bu gün bizə birlik lazımdır. Bizim partiya da illər uzunu vətəndaş həmrəyliyi üçün çalışıb”.

Xalq Partiyasının sədri Pənah Hüseyn: “Prezidentin vətən müharibəsindəki siyasəti ilə biz razıyıq. Bu barədə rəsmi açılamalarımız da var. Müharibədən sonrakı məsələlər barədə isə müharibədən sonra danışarıq”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »