Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcülər ermənilərə: Döyüşmək istəyənlər getsinlər, gəlməsinlər
Gürcülər ermənilərə: Döyüşmək istəyənlər getsinlər, gəlməsinlər

8-29 sentyabr tarixində Gürcüstanda yaşayan ermənilər aktiv şəkildə Ermənistan- Gürcüstan sərhədini pozaraq Qarabağa döyüşməyə getməyə başlayıblar.İnternetdə yayımlanan videoçarxlarda ermənilər gürcü sərhədçilərə açıq şəkildə bildiriblər ki, Qarabağa turist yox, döyüşçü kimi gedirlər.

Gürcüstan KİV-də yayılmış İranda Kalandadzeyə məxsus məqalədə deyilir ki, erməni döyüşçülər Ninosmind və Axalkalakidə qeydiyyatdan keçib, şəhər meydanlarında hərbi təlimlər təşkil edir və bunu gizlətmirlər.

Məqalə müəllifi qeyd edib ki, o millətlər arası ədavət toxumu səpmək və ayrıseçkilik etmək niyyətində olmasa da, Gürcüstanın Cavaxeti bölgəsinə ermənilərin torpaq iddiasında olduqlarını yada salıb.

"Cavaxetidə Qarabağdakından daha çox erməni yaşayır. Bu gün onların şəhər mərkəzlərində Qarabağa getmək üçün açıq təlimlər keçməsi və Ermənistanın da bunu gözəl xəbər kimi tirajlaması gələcəkdə bizim üçün problemlər yarada bilər. Ermənilər Cavaxetiyə qədim erməni torpaqları kimi baxırlar. Qarabağdan sonra növbənin bizə çatmayacağını kim deyə bilər? Əlaqədar qurumlar bununla maraqlanmalıdırlar.

"Konkret halda bizim üçün vacib deyil, bu müharibədə kim udacaq.Axı Gürcüstandan gedən döyüşçülər Qarabağdan təcrübəli döyüşçülər geri dönəndə fərqli iddialar səsləndirəcəklər. Hətta bu günlərdə Karen Ovanesyan adlı bir separatçının Cavaxetidə üsyan çağırışları səsləndi.Bu plan Cavaxetidəki strateji əhəmiyyətli marşrutların erməni ekstremistlər tərəfindən tutulmasını ehtiva edir.

Gürcüstanlı politoloq Soso Mancavidze məsələ ilə əlaqədar bildirib ki, erməni döyüşçülərin gələcəkdə Gürcüstana baş ağrısı olmaması üçün onların ölkədən gedişinə icazə verilsə də, Qarabağa getmək istəyən ermənilərin əlindən Gürcüstan pasportları alınmalı və onlar bir daha geri buraxılmamalıdırlar.

"Gürcüstanda yaşayan ermənilərə tövsiyə edirəm xəyallara uymasınlar. İndiyəcən Gürcüstanda sakit yaşayıblar, yenə yaşasınlar. Bu gün onların vəziyyətləri əslində təsəvvür etdiklərindən daha ağırdır, xəbərləri yoxdur. 80 milyonluq Türkiyə, 10 milyonluq Azəraycan 2 milyon əhalisi olan təcriddə qalmış Ermənistanı tamamilə məhv edə bilər. Onlar hamıyla, o cümlədən hamiləri olan Rusiya ilə münasibətləri korlayıblar. Onlar öz rəngli inqilablarından nə gözləyirdilər, başa düşülən deyil. Gənc ermənilər sərsəm hökumət rəhbərliyinin düşünülməmiş addımlarının qurbanlarına çevrilirlər",- deyə məqalə müəllifi qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »