Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın raket zərbələri nəticəsində Bərdədə ölənlərin sayı 20 nəfərə çatıb
Ermənistanın raket zərbələri nəticəsində Bərdədə ölənlərin sayı 20 nəfərə çatıb

“Ermənistan ordusunun Azərbaycanın Bərdə şəhərində törətdiyi soyqırımı aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb, yaralıların sayı 40-dan çoxdur”.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Hikmət Hacıyev bildirib ki, onlar hamısı günahsız mülki şəxslərdir: “Mülki əhaliyə qarşı kasetli “Smerç” raketlərindən istifadə olunub. Biz Ermənistanın bu cinayətlərini yerində qiymətləndirmək üçün “Human Rights Watch” və “Amnesty İnternational” təşkilatlarını ölkəmizə dəvət edirik”.

Son xəbərlər
Bütün xəbərlər »