Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək
Ermənistan hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək

Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı bu hücumları davam etsə, biz mülki əhalimizin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəyik.

Bizimyol.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Prezidentinin köməkçisi qeyd edib ki, Azərbaycan heç bir şəkildə mülki əhalini və obyektləri hədəfə almır: “Döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan isə qisasını mülki insanlardan çıxmağa çalışır. Lakin Ermənistan tərəfi bu hücumlarını davam etdirərsə, biz mülki insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcəyik”.

Son xəbərlər
Bütün xəbərlər »