Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat 3 oğlunu cəbhəyə könüllü yazdırdı
Deputat 3 oğlunu cəbhəyə könüllü yazdırdı

Bu gün Milli Məclisin deputatı Tahir Kərimlinin oğlunun könüllü olaraq cəbhəyə yollanması barədə xəbərlər yayılıb.

Tahir Kərimli Bizimyol.info-ya bildirib ki, oğlu könüllü olaraq cəbhəyə yox, həqiqi hərbi xidmətə yola düşüb.

“Oğlum gedib borcunu yerinə yetirməyə. Allah hamının balasını saxlasın. 3 oğlum var. Birinci dəfə deyil əsgər atası oluram. 2-si əsgərlikdə olub, indi də cəbhəyə könüllü olaraq yazılıblar. Növbələrini gözləyirlər. Hətta biri gedib, geri qaytarıblar. Balaca oğlum isə universiteti qurtarmışdı, əsgər kimi yola saldım cəbhəyə. Ərazisini açılaya bilmərəm, amma onu deyim ki, düşdüyü yer cəbhəyə yaxın zonadır”.

Əsgər atası olmağın hansı duyğular yaratması barədə sualımızı cavablandıran Tahir Kərimli bildirib ki, doğları arasında şəhid olan da var.

“Bacım şəhid anasıdı. Bacımın yanında üzüm ağ olacaq əsgər atası kimi. Hamının balası özünə əzizdi amma vətən hər şeydən əzizdi. Şəhid də olsa vətən sağ olsun! Vətən onu sevənlərindi,onun üçün şəhid olanlarındır. Balalarını xaricdə gizlədənlərin deyil. Onlar vətənə yaşayış yeri,məskən kimi baxır təkcə.

Birinci qarabağ müharibəsi zamanı vəzifədə olsaqda yenədə qardaşlarımla döyüşlərdə iştirak etmişik. Canımızı qoymuşuq”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »