Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Özünə müstəqil deyən Qərb mediası Azərbaycana qarşı propaqandaya alət olublar” - Ekspert
“Özünə müstəqil deyən Qərb mediası Azərbaycana qarşı propaqandaya alət olublar” - Ekspert

Beynəlxalq media qurumları, o cümlədən Rusiya və Fransa mediası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə bağlı birtərəfli və qərəzli məlumatlar yayır.

“Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatları Gəncə, Tərtər şəhərlərində və başqa yaşayış məntəqələrində Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi terrorun nəticəsini öz gözlərilə görmək üçün Azərbaycana dəvət etsələr də, hələ də gəlməyiblər, dəqiq qiymətləndirmə aparmayıblar.

“30 il öncə də biz bunu yaşamışdıq. Düşünürdük ki 30 ildən sonra dünya ictimai rəyi dəyişər və dünyada beynəlxalq dəyərlər ön plana keçər. Amma sentyabrın 27-dən sonra baş verən münaqişə göstərdi ki beynəlxalq təşkilatların çoxu, o cümlədən beynəlxalq media qurumları jurnalistika prinsiplərini ciddi şəkildə pozaraq tərəfli informasiyalar yayırlar. Hətta ölkəmiz əleyhinə olan propaqandaya alət olurlar”.

Buni Bizimyol.info-ya açıqlamasında media məsələləri üzrə ekspert Ələsgər Məmmədli bildirib.

Ekspert deyib ki, bu münaqişənin bütün proseslərində Azərbaycan başdan sona kimi haqlıdır: “Azərbaycan beynəlxalq hüquqdan doğan ərazi bütövlüyünün qorunması və torpaq bütünlüyünün bərpa olunması prosesində silahlı seperatçıların tərksilah olunması ilə bağlı əməliyyat keçirir. Azərbaycan bunu beynəlxalq hüquqa və BMT-nin 4 qətnaməsinə əsasən edir.

Özünə müstəqil, balanslı media deyən BBC-dən tutmuş "Reuters" agentliyinə kimi Qərb mediası sınaqdan, imtahandan keçə bilmədilər, propaqanda aləti oldular. Rusiya mediası ilə əvvəldən sona kimi tərəfli və qərəzlidir.

Bu media qurumları Azərbaycanda Suriyadan gələn muzdluların döyüşməsi barədə saxta xəbər yaydılar. Bunu heç sübut da edə bilmədilər. Amma tirajladılar. Azərbaycan Prezidentilə müsahibədə də buna inanmış kimi sual verirdilər. Onlar Azərbaycana qarşı propaqandaya alət olublar”.

Ekspert deyib ki, beynəlxaq insan haqları təşkilatlarının dəvətlə Azərbaycana gəlsələr, öz kameraları ilə terrorun nəticələrini çəksələr də dəyişən deyillər: “Çox təəssüf edirəm ki bəzi Qərb ölkələri bu münaqişədə işğalçının tərəfində durublar-istər mediası, istərsə də insan haqları təşkilatları ilə.

Təmas xəttindən çox-çox içəridə, dərində 70-dən çox sivil vətəndaşı Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən öldürülüb. 350 nəfərdən çox insan yaralanıb. Onların çoxu da isə mülki əhaliyə qarşı qadağan edilmiş kasetli bonbaların və ballistik raketlər vasitəsilə həyata keçirilib. Bu, müharibə cinayətidir, insanlıq suçudur. Bunların heç biri haqqında hələ beynəlxalq qurumlar bəyanat verməyib. Sadəcə, tərəfləri atəşkəsə, sivillərə atəş açmamağa çağırıblar. Bu tərəfli məlumatdır və bəyanatdır.

İşğalçı və işğala məruz qoyulanı ayırmadıqları müddətdə heç bir effektiv nəticə olmayacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »