Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trump Green card lotereyasının dayandırılmasına çalışır
ABŞ prezidenti Donald Trump Nyu Yorkda törədilən hücumdan sonra yenidən Green Card əleyhinə çıxıb.

O, Konqresi çağırıb ki, lənğimədən Green card lotoreyasını (Diversity Visa Lottery- Müxtəliflik Viza Lotereyası) dayandırsın.

Nyu Yorkda hücum törədən şəxsin Özbəkistandan gəldiyi güman edilir.

“Müxtəliflik layihəsi – yaxşı səslənir. Amma yaxşı deyil”, prezident Ağ Evdə jurnalistlərə deyib: “Bu yaxşı deyil. Bu yaxşı deyil. Bu yaxşı olmadı. Biz bunun əleyhinəyik”.

Trump deyib ki, o, bu gündən Green card lotereyasının ləğvi prosesinə başlayır.

O, imiqrasiya qanununun sərtləşməli olması ilə bağlı mövqeyini bir daha vurğulayıb.

Prezident imiqrasiya ilə bağlı məhkəmə proseslərinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

Trump deyib ki, Nyu York hücumçusu 23 mühacirin ölkəyə gəlməsinə yardımçı olub, çoxu onların ailə üzvləridir.

Mənbə: Vaşinqton Post

Son xəbərlər
Bütün xəbərlər »