Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Prezidentin müsahibələri yalan cəbhəsinin yaranmamasında ciddi rol oynayır"
"Prezidentin müsahibələri yalan cəbhəsinin yaranmamasında ciddi rol oynayır"

“Sərhədsizreportyorlar” qeyri-hökumət təşkilatı Fransanın “TF1” televiziyasının müxbirlərinin DağlıqQarabağ münaqişəsi haqqında hazırladığı obyektiv reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edib.

22 oktyabr tarixində “TF 1” kanalında Azərbaycanın cəbhə xəttində döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist və böyük reportyor Liseron Budula qarşı təzyiqlər başlayıb.

Heç kimə sirr deyil ki, müharibənin başladığı 27 sentyabr tarixindən Rusiya və Fransa mətbutatı qərəzli şəkildə Azərbaycan əleyhinə məlumatlar yayır. Hətta Rusiya kanallarında açıq şəkildə Ermənistanı dəstəkləyən verilişlər yayımlanır. Qonaq qismində çağırılan azərbaycanlı nümayəndələrin çıxışlarına mane olunur.

Əməkdar jurnalist Qulu Məhərrəmli hesab edir ki,Rusiya mətbuatı təbliğat, propaqanda mediasıdır.

“Biz Rusiya, Fransa mətbuatında həmişə qərəzlilik görmüşük. Amma müharibə başlamamışdan əvvəlki dövrdə Azərbaycanın mövqeyidi əks etdirən materiallar çap olunub. Lakin 27 sentyabrdan sonra baş verən hadisələr göstərdi ki, Xüsusən Rusiya mətbuatı tamamilə qərəzlidir. Ermənistanın maraqlarını müdafiə edir. Bu mətbuat təbliğat, propaqanda mediasıdır. Televiziya aparıcılarının qərəzli,subyevtiv, nifrət dolu çıxışları qəbul edilməzdir. Rusiya mətbuatı ümumən azad deyil və onun aparıcıları da tamamən erməni təsirinin, diasporunun, pulunun təsiri altındadır. Verilişlərdə qoyulan məsələlərdə balans çox ciddi şəkildə pozulur. Azərbaycanlı nümayəndələr dəvət olunsalar da danışmalarına imkan verilmir. “

Qulu Məhərrəmli Fransa mətbuatı və Makronun Azərbaycan barədə qərəzli çıxışlarına da münasibət bildirdi.

“Fransada isə mətbuat tamamilə rəsmi hökumətin mövqeyindən çıxış edir. Bu yolverilməzdir. Makronun çıxışları göstərir ki, o yetkin olmayan, kamil olmayan, problemə bələd olmayan siyasətçidir. Mətbuat millətlər,xalqlar,sivilizasiyalar arası münaqisəni qızışdırmaqda bir o qədər rol oynamır nəin ki, Makron kimi siyasətçilər. Bu onu göstərir ki, demokratiya,söz,ifadə azadlığı adı altında həqiqət tapdalanır”.

Bəs bu zaman Avropada informasiya müharibəsində qalib gəlmək üçün nə etməliyik?Bu suala Qulu Məhərrəmlinin cavabı belə oldu:

“Bu informasiya savaşıdır və əsas məqsədi qarşı tərəfə təzyiq göstərmək,siyasətini gözdən salmaqdır. Azərbaycanın dürüst mövqeyini ifadə edən, həqiqətləri əks etdirən materiallarla bunun qarşısını almaq olar. İntellektuallar, alimlər, AMEA-dakı mütəxəssislər dünya mediasına çıxmağa yol tapmalıdır. Xaricdəki soydaşlarımız da dövlət qurunlarına, parlamentlərə çıxış tapmalıdır.

Bunun ən yaxşı yolunu prezidentimiz yaradıb. Ölkənin dövlət başçısı kimi məlumatlar verir. Prezidentin müsahibələri yalan cəbhəsinin yaranmamasında ciddi rol oynayır”-deyə bildirdi.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »