Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazaryan: "Erməni parlamentarilərin iclasa gəlməyə vaxtı yoxdur"
Nazaryan: "Erməni parlamentarilərin iclasa gəlməyə vaxtı yoxdur"

Bu gün Yerevanda Ermənistan Parlamentinin iclası kvorumun olmaması səbəbilə baş tutmayıb. İclas 3 saat sonraya təyin edilib.

Bizimyol.info Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, parlamentin iclasına cəmi bir neçə deputat qatılıb.

"İşıqlı Ermənistan" partiyasının nümayəndəsi Edmon Arukyan hakim "Mənim addımım" partiyasından olan vitse- spiker Lene Nazaryana müraciət edib: "Mümkündürmü ki, hakim partiya fraksiyanın qapalı iclasında iclası boykot etmək qərarına gəlinsin? Qəsdən ediblər, deyilmi? Onlar bu gün bizim suallarımıza cavab verməliydilər".

Nazaryan isə cavab olaraq qəribə əsas gətirərək, bildirib ki, ölkədə hərbi rejimlə əlaqədar belə qərar alınıb."Qarabağdakı gərginlik və hərbi rejimlə əlaqədar bütün hökumət üzvləri və deputatlar gərgin iş rejimindədirlər. Bu səbəblə onları boş yerə məşğul etmək istəmədik".

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »