Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Müharibəni saxlamaq üçün Bakıda terror törətmək istəyirlər” - Ekspert

Bu gün “Ginnesin rekordlar kitabı"na düşmüş metro yanğınından 25 il ötür.

1995-ci ilin 28 oktyabrda “Ulduz” stansiyasından “Nəriman Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda qəfil baş verən yanğın dünyada analoqu olmayan metro faciəsinə səbəb oldu. Qəza nəticəsində 289 sərnişin həlak olub, 270 nəfər xəsarət alıb. Həlak olanlardan 28-i uşaq, 126 nəfəri isə qadın idi.

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki Bakıda terror hadisəsinin törədilməsi aktualdır.

“Dövlət Təhlükəsizlik Xidmətinin əhaliyə ayıq-sayıq olması ilə bağlı xəbərdarlığından sonra ABŞ da Azərbaycanda olan vətəndaşlarına ehtiyatlı olmağa çağırdı. Yəni, terror hadisəsinin planlaşdırılması dəqiq məlumatdır. Daxili İşlər Nazirliyi və ABŞ-ın Azərbaycandakı səfirliyi ilə danışmışam. Terror hadisəsinin planlaşdırılması dəqiqi məlumatdır. Bu, sadəcə bəsit şübhədən ibarət məlumat deyil.

Fikir verirsinizsə, ermənilər mülki əhalini vururlar. Gəncədə, Tərtərdə, Bərdədə və digər yaşayış məntəqələrini atəş altında saxlayırlar. Ermənilərin imkanı olsa Bakıda da terror hadisəsi törədərlər. Bakının hava hücumundan müdafiə sistemi raketləri zərərsizləşdirdiyi üçün raketlərlə Bakını vura bilmirlər. Əllərində imkan olsa, Bakıda terror hadisəsi törədəcəklər.

Məqsədləri əhali arasında təşviş yaratmaqla Azərbaycanı ərazilərini işğaldan azad etmək istiqamətində apardığı hərbi əməliyyatları dayandırmaqdır. Ermənistan çox yaxşı bilir ki müharibə davam etdiyi müddətcə ermənilər uduza-uduza gedəcəklər. Bu isə Ermənistan üçün fəlakətə səbəb olacaq. Bu fəlakətin qarşısını almaq üçün əlindən gələn hər şeyi edirlər”,-deyə F.Mehdiyev bildirib.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »