Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam
İş adamından "Mersedes" hədiyyə alan əsgərdən açıqlama: Bayrağı Xocalıda asacağam

Bir neçə gün öncə sosial şəbəkələrdə iş adamı Fərid Novruzlunun cəbhədə döyüşən əsgərlərimizdən birinə ikiqapılı "Mersedes" bağışlaması barədə xəbərlər yer aldı.

Fərid Novruzi işğaldan azad edilmiş Hadrut qəsəbəsində çəkilmiş videoda "Mersedes” markalı avtomobil arzuladığını deyən əsgərimizlə görüşərək, sözügedən maşını ona hədiyyə edib.

Bizimyol.info xəbər verir ki, dünən yaralanaraq Bakıya gələn həmin əsgərlə Fərid Novruzlu arasında yenidən görüş olub. Əsgərimiz Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, o Fərid kimi vətən oğlu ilə tanışlıqdan qürur duyur.

"Biz ön cəbhədə vuruşuruq, onlar da arxada. Təkcə mənə yox, minlərlə əsgər ailələrinə yardım edildiyini bilirik. Gözümüz arxada qalmır. Sevinirik ki, xalq arxamızdadır, biz tək deyilik. Bunu hiss eləmək çox gözəldir. O ki qaldı Fərid Novruzluya. Sağ olsun. Mənə bir bayraq hədiyyə edib, söz vermişəm o bayrağı Xocalıda asacam. Sağ olsun bir kəlməmi dinləməklə böyük səxavət göstərib. Amma ən önmlisi avtomobil deyil, oun öz böyük ürəyidir, insanlığıdır. Məni avtomobildən çox, Fərid kimi bir kişiylə tanış olmaq, elə bir azərbaycanlı kişisinin varlığı sevindirir",- deyə əsgərimiz bildirib. O qeyd edib ki, müalicəsi başa çatan kimi yenidən döyüş bölgəsinə qayıdacaq.

Fərid Novruzlu isə bildirib ki, bu barədə sosial şəbəkədə xəbər yaymaqda məqsədi öz əməlini reklam eləmək yox, əsgəri tapmaq imiş. Düşündüyü kimi də olub, vcideo yayılandan bir neçə gün sonra sözügedən əsgər barədə ona məlumat verilib və onlar ilk dəfə hospitalda görüşüblər.

Xatırladaq ki, bir müddət öncə Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunmasından sonra bir əsgərimizin qəsəbədə olarkən "gəl o iki qapılı "Mersedes”i aparaq, uşaqlıq xəyalım olub mənim” deməsinin əks olunduğu video yayımlanmışdı. Videonu izləyən iş adamı isə həmin əsgərə arzuladığı avtomobili hədiyyə edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »