Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada ev, Qusarda yük avtomobili yanıb
Qubada ev, Qusarda yük avtomobili yanıb

Quba və Qusar rayonlarında yanğın hadisələri baş verib.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Quba rayonunun Qələdüz kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 15 m² sahədə və dam örtüyü 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Qusar rayonunda olub.

Belə ki, rayonda "DAF" markalı yük avtomobilinin qoşqusunda ümumi çəkisi 22 ton olan xurma yığılan 200 ədəd plastik tara yanıb. Məhsulun qalan hissəsi və avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »