Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts koronavirus testləri barədə: “Boş yerə pul itkisidir”
Bill Qeyts

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts ABŞ-da hazırlanan bəzi koronavirus peyvəndlərinin effektivliyinə şübhə ilə yanaşıb.

TASS xəbər verir ki, o, bunu seminarı zamanı deyib.

Qeyts 2021-ci ilin əvvəllərində əgər şansları gətirsə, hazırda üçüncü mərhələdə olan altı ABŞ COVID-19 peyvəndindən ikisinin və ya üçünün hazırlanacağını təxmin edir:

“Hər hansı bir təhlükəsizlik problemi varsa, onda altısından bəziləri yox ola bilər”.

Bundan əlavə, milyarder bildirib ki, ABŞ-da koronavirusun yayılması ilə əlaqədar vəziyyət payızda daha da pisləşəcək, daha çox infeksiya və ölüm halları baş verəcək və qış havasında vəziyyət daha da çətinləşəcək.

O, COVID-19 testinin tətbiq edildiyi üsulların effektivliyinə şübhə ilə yanaşıb və onları “Boş yerə pul itikisi” adlandırıb.(oxu.az)

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »