Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı hərbi ekspert: "Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var, bunu Azərbaycan Ordusu hazırda sübut edir"
İqor Korotcenko

"Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli var. Bunu əslində Azərbaycan Ordusu hazırda sübut edir".

APA-nın verdiyi məlumata görə, bu sözləri Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko deyib.

Rusiyalı hərbi ekspert bunu hansısa tərəfə simpatiya və ya antipatiya bəsləmədən dediyini vurğulayıb.

İ.Korotçenko bir sıra rusiyalı ermənipərəst ekspertlərin və erməni əsilli politoloqların media məkanına Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın neft və qaz obyektlərinə raket zərbəsi endirməsinin vacibliyi barədə tezisləri aktiv şəkildə buraxmasının yolverilməz olduğunu söyləyib:

"Bu cür çağırışlar terror həyata keçirməyə çağırış kimi qiymətləndirilməli və həmin çağırışı edənlərə qarşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmalıdır. Ermənistana qarşı heç bir simpatiya - səmimi və ya ödənişli, Azərbaycana qarşı terror həyata keçirilməsinə çevrilməməlidir", - deyə rusiyalı hərbi ekspert qeyd edib.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »