Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə kasıblar üçün xüsusi mağazalar açılır
Qonşu ölkədə kasıblar üçün xüsusi mağazalar açılır

Rusiya iqtisadiyyatı yaxşı günlərini yaşamır. Milli valyuta rubl güc itirir, ayrı-ayrı sahələr üzrə problemlər daha qabarıq görünməyə başlayır.

Bizimyol.info xəbər verir ki, Rusiyada kasıblar üçün mağazalar şəbəkəsi açılır. “X5 Retail Group” bu haqda məlumat yayılıb. Yeni şəbəkə “Çijik” adlanacaq.

“X5 Retail Group” açıqlamaslında, həqiqətən də, kasıbları nəzərdə tutduğunu bildirib. Qiymətlər başqa şəbəkələrdən xeyli ucuz olacaq. Burada sosial statusu aşağı olan istənilən ailəyə bazarlıq etmək imkanı yaradılacaq.

Hər mağaza 200-250 kvadratmetr sahəni əhatə edəcək. Təxminən 800 adda məhsulun satışa çıxarılması planlaşdırılır.

İndiyə qədər Rusiyada aşağı qiymətlərlə fəaliyyət göstərməyə çalışan bir neçə mağazalar şəbəkəsi var idi. “Svetofor” və “Komandor” alıcılarına uyğun qiymətlərlə işləyirdi. Amma “Çijik” məhz kasıb təbəqəni istehlakçı çevrəsi elan edib.

Son xəbərlər
Bütün xəbərlər »