Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransa hökuməti: “Türkiyə daxili işimizə qarışmasın”
Fransa hökuməti: “Türkiyə daxili işimizə qarışmasın”

Fransa prezidenti Emmanuel Makronun İslama ünvanlanmış qalmaqallı açıqlamaları cavabsız qalmamışdı.

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan fransız həmkarına yerini göstərmişdi. Prezident hətta türklərə müraciətlə Fransa mallarını boykot etməyə çağırmışdı.

Bizimyol.info xəbər verir ki, Fransanın Daxili İşlər Naziri Jerald Darmanen Rəcəb Tayyib Ərdoğanın boykot çağırışlarına münasibət bildirib. “France İnter” radiosuna danışan nazir İslam ölkəsinin Avropa dövlətinin daxili işinə qarışmağa ixtiyarı çatmadığını bildirib.

Darmanen “xarici qüvvələr” ifadəsini işlədib. Onun sözlərinə görə, xarici qüvvələrin Fransanın daxili işinə qarışmaq cəhdindən şok olublar. Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını ifadə azadlığı dərsində şagirdlərə göstərən çeçen müəllim Samuel Patinin öldürülməsindən sonra gərginlik yaranıb. Makron İslam separatizmindən danışmağa başlayıb. Məsələyə Ərdoğan dərhal reaksiya verib. Ardınca Türkiyə prezidentinin fransız mallarını boykot çağırışına bir sıra İslam dövlətləri də qoşulub.

Son xəbərlər
Bütün xəbərlər »