Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Komissiyası: Ermənistan hərbçilərinin meyitlərini və mülki şəxslərini təhvil almır
Ermeni hərbi geyimi

“Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına, enyi zamanda Cenevrə Konvensiyasının tələblərinə öz sadiqliyini ifadə edərək, Ermənistan və Azərbaycan Respublikasının humanitar atəşkəs elan olunmas haqqında Moskva bəyannaməsindən sonra öz humanist mövqeyini bir daha vurğulayıb”.

“Report“ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 12 oktyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin başççısı ilə keçirilmiş görüşdə Azərbaycan tərəfinin humanist addım kimi Ermənistana aid 30 nəfər hərbçiinin meyitinin, eyni zamanda Ermənistan hərbçilərinin işğal edilmiş ərazilərdən geri çəkildiyi zaman köməksiz halda buraxıb getdiyi 2 mülki şəxsin qarşı tərəfə verilməsi ilə bağlı birtərəfli qaydada təklif vermişdir:

“Bundan sonra Dövlət Komissiyasının digər səlahiyyətli nümayəndələri tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə keçirilmiş görüşlərdə bunula bağlı bir neçə dəfə təklif verilməsinə baxmayaraq, qarşı tərəfdən müsbət cavab verilməyib.

Bunu beynəlxalq hüquq normalarına hörmətsizlik əlaməti olmaqla, eyni zamanda Ermınistan tərəfinin öz vətəndaşlarına qarşı qeyri-humanist mövqeyini sərgiləmək kimi qiymətləndiririk” – İ.Axundov bildirib.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »