Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur
İslam ölkələri Ərdoğanın fransız mallarını boykot çağırışına qoşulur

Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını ifadə azadlığı dərsində şagirdlərə göstərən çeçen müəllim qətlə yetiriləndən sonra Fransa prezidenti Emmanuel Makron İslam separatizmindən danışmağa başlamışdı.

Onun danışdıqları Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın xoşuna gəlməmişdi. Bundan sonra ölkə rəhbəri türkləri fransız mallarını boykota çağırmışdı.

Bizimyol.info xəbər verir ki, Makronun ifadələri bir sıra müsəlman ölkələrində sərt qarşılanıb. Küveytdə mağazaların rəflərindən Fransa mallarını yığışdırırlar. Fransanın Tehrandakı müvəqqəti işlər vəkili İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səudiyyə Ərəbistanında da peyğəmbərin karikaturalarının yayılması kəskin pislənib. Hətta “Carrefour” supermarketlər şəbəkəsinin boykot olunduğu xəbəri yayılıb.

“Reuters” yazır ki, Fransa, ayrı-ayrılıqda bu ölkə şirkətləri boykot qərarından böyük ziyan görəcək. Fransa kənd təsərrüfatı məhsullarının 3 faizini Yaxın Şərqə göndərir. Dənli məhsullarda məsələ daha ciddidir.

Əlcəzair Fransanın ixrac bazarında ilk 10-luqda yer alır. Təkcə 2019-cu ildə Avropa ölkəsindən 1.4 milyard avroluq məhsul alınıb. Karikatura məsələsini çox pisləyən Mərakeş 700 milyon dollarla 17-cidir.

Fransanın “Total” şirkəti Pakistanla, Türkiyə ilə, Banqladeşlə əməkdaşlıq edir. Bu ölkələrə neft-kimya və neft məhsulları satılır. “Total” Səudiyyə Ərəbistanına da sərmayə qoyub. İndi prosesin gedişatı fransızların əleyhinə işləyir.

Son xəbərlər
Bütün xəbərlər »