Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməistan işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı ilə də məşğul olub
Ruslan Şevçenko

Moldovanın TRIBUNA informasiya portalında Effektiv Siyasət İnstitutunun (Kişinyov) direktorunun müavini, tarix elmləri doktoru, siyasi analitik Ruslan Şevçenkonun “Silah qaçaqmalçılığı - Qarabağın Ermənistan tərəfindən işğalının əsas səbəblərdən biridir” məqaləsi dərc edilib. Məqalədə qeyd olunur ki, Ermənistan hakimiyyəti işğal olunmuş ərazilərdə silah qaçaqmalçılığı, silah alqı-satqısı və saxlanması ilə geniş məşğul olur.

“Hərbi əməliyyatlar başlamazdan əvvəl Ermənistan Müdafiə Nazirliyinin balansında yalnız rəsmi ... 150 tank qeydə alınmışdır, yəni cəmi bir neçə həftə ərzində Azərbaycan qoşunları tərəfindən məhv edilmiş tankların sayının yarısı. Bu əlavə tanklar hardan çıxdı və əsası bunlar harda saxlanılırdı, nəzərə alsaq ki, hər bir ölkə silahlarının “şəffaflığının” araşdırması üçün BMT mütəxəssislərinə "qapılarını açmalıdır"?,- məqalədə deyilir. Ermənilərin silah arsenalında təkcə tankların deyil, daha bahalı silahların da olduğu qeyd olunur. Müəllif qeyd edir ki, adi hesablamalar Ermənistanın bu tankları və digər texnikanı öz ərazisində saxlamadığını göstərir. Bu o dəməkdir ki, bütün bu silahlar Ermənistana gömrük qeydiyyatından yayınaraq qaçaqmalçılıq yolu ilə gəlib, və dərhal Dağlıq Qarabağa ötürülüb və orda saxlanılıbdır.

Həmçinin qeyd olunur ki, işğal olmuş ərazilərdə bu silahlar yalnız saxlanılmırdı, sonra qara bazara satılırdı. “Qaçaq silahların onların rəsmi qiymətlərindən bir neçə dəfə az olduğunu nəzərə alsaq, Ermənistan hakimiyyət orqanlarının bundan “qazancının” miqdarını yalnız təxmin etmək olar. Üstəlik, Ermənistan silah arsenalının bir çox hissəsini gizli “yardım” və ya müddətsiz geri qaytarılmayan kreditlər şəklində alır.

Bu hərbi texnika əsasən terror təşkilatları və quldur birləşmələri tərəfindən alınırdı. Tam aydındır ki, bütün bunlar Ermənistan rəhbərliyinin xəbəri olmadan və ya birbaşa iştirakı olmadan baş verə bilməzdi”,- yazıda deyilir.

Müəllif eyni zamanda Qarabağda qaçaqmal silahının mənbəyini də göstərir. O qeyd edir ki, Azərbaycan hakimiyyətinin dəfələrlə bu sxemada erməni mənşəli böyük rus sahibkarlarının iştirak etdiyini ... beynəlxalq sanksiyalar altında olan tanınmış silah alverçilərinin olduğunu göstərib. Bundan əlavə silahların mülki təyyarələrdə, qaçaqmalçılıq yolu ilə Ermənistana gətirildiyi bildirilir.

Sonda müəllif qeyd edir ki, işğal olunmuş ərazilər üzərində nəzarəti itirməklə Ermənistan həm terror təşkilatlarından böyük "qara" qazancını, həm də qanunsuz yolla əldə edilmiş silahları gizlətmək imkanını itirir. “Bu Ermənistan üçün, Qarabağı həqiqi sahibinə sülh yolu ilə qaytarmamaq, müharibəni davam etdirmək üçün daha bir səbəbdir”,- deyə müəllif yazır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://tribuna.md/ru/2020/10/26/ru

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »